Menyu

Neft daşlarında dalğanın hündürlüyü 2.3 metrə çatıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Neft daşlarında dalğanın hündürlüyü 2.3 metrə çatıb - FAKTİKİ HAVA

Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Teqlər:

"Neft da\u015flar\u0131nda dal\u011fan\u0131n h\u00fcnd\u00fcrl\u00fcy\u00fc 2.3 metr\u0259 \u00e7at\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər