Menyu

Audiovizual Şuranın növbəti iclası keçirilib

Nərmin Qocamanlı
Audiovizual Şuranın növbəti iclası keçirilib

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılmışdır.

Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-ə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilmişdir. Bundan başqa, "SƏSTV" MMC-ə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-ə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.

Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatmışdır. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.

Teqlər:

"Audiovizual \u015euran\u0131n n\u00f6vb\u0259ti iclas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər