Menyu

Piratlar 415 milyon dollar kriptovalyuta oğurlayıblar

Operativ Media
Piratlar 415 milyon dollar kriptovalyuta oğurlayıblar

Kriptovalyuta birjası FTX, təxminən 415 milyon dollar dəyərində kriptovalyutaların hakerlər tərəfindən oğurlandığını bildirib.


FTX-in baş direktoru qeyd edib ki, şirkət iflas elan etdiyi vaxtdan beynəlxalq kriptovalyuta birjasından təxminən 323 milyon dollar, ABŞ platformasından isə 90 milyon dollar sındırılıb.

Qeyd edək ki, FTX-in həmtəsisçisi Sam Bankman-Fried, digər şirkəti Alameda Research-in borclarını ödəmək üçün FTX istifadəçilərindən milyardlarla dollar oğurlamaqda ittiham olunur.

Bankman-Frid dələduzluq ittihamlarını rədd edib.

Bir il əvvəl 32 milyard dollar dəyərində olan FTX noyabrın 11-də iflasdan qorunmaq üçün müraciət edib.

Müştərilərin 8 milyard dollar vəsaitinin itirildiyi təxmin edilir.

 

Əlaqəli Xəbərlər