Zaqatalada yaşayış evində yanğın olub
Əsəd Abbaslı
Zaqatalada fərdi yaşayış evi yanıb.
"Operativ Media" xəbər verir ki, axşam saat 20:30-da rayonun Aşağı Tala kəndində Abdulla Hacı oğlu Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net