Menyu

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

Nərmin Qocamanlı
Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır
1 dəq oxu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda yeni növ dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.

AYNA-dan "Operativ Media"ya bildirilib ki, şəhər mobilliyi və infrastrukturu nəzərə alınmaqla, eləcə də piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə dar və ensiz səkilərdə bu tip dayanacaq pavilyonları quraşdırılacaq.

Qeyd edək ki, ilk olaraq 8 Noyabr prospektində bu tip dayanacaq pavilyonunun quraşdırılmasına başlanılıb.

Əlaqəli Xəbərlər