Ana səhifə / Dünya / Türkiyədə meşə yanğınlarını söndürməyə orduya məxsus helikopterlər cəlb edilib Türkiyədə meşə yanğınlarını söndürməyə orduya məxsus helikopterlər cəlb edilib 19.10.2024, 17:00 Nərmin Qocamanlı Türkiyənin Muğla vilayətində meşə yanğını hələ də davam etməkdədir. "Operativ Media" xəbər verir ki, Muğlanın Dalaman və Menteşe rayonlarında baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinə aid 5 helikopter yanğının söndürülməsi işlərinə cəlb edilib. Qeyd edək ki, Muğlanın Dalaman rayonunun Taşbaşı məhəlləsində bir neçə gün öncə axşam saatlarında meşə yanğını başlayıb. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor