Menyu

Türk dövlətləri yeni maliyyə şuralarının yaradılmasını dəstəkləyib

Türk dövlətləri yeni maliyyə şuralarının yaradılmasını dəstəkləyib
1 dəq oxu

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurasının və Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyib.

"Operativ Media" AZƏRTAC-a istinadla xəbər verir ki, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT-nin iştirakçısı olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmiləri iştirak ediblər.

Əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.

Əlaqəli Xəbərlər