Şəkidə 6 otaqlı evdə yanğın baş verib
Əsəd Abbaslı
Şəkidə 6 otaqlı fərdi yaşayış evində yanğın olub.
"Operativ Media" xəbər verir ki, axşam saatlarında Şəki şəhəri H. Sarabski küçəsində Akif Süleyman oğlu Hacıbabayevə məxsus ümumi sahəsi 615 kv/m olan kürsülü birmərtəbəli 6 otaq, şüşəbənd və eyvandan ibarət fərdi yaşayış evinin mətbəx hissəsində yanğın baş verib.
Yanğın söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net