Menyu

Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb

Əsəd Abbaslı
Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb

Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Sığaloni kəndi ərazisində baş verib.

Belə ki, Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynova ov tüfəngi ilə atəş açıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan T.Hüseynov cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb.

İlkin məlumata görə, ata və oğul arasında mübahisə sitrus meyvə bağı üstündə yaranıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər