Menyu

Mübariz Qurbanlı: Hazırda dünya problemlərinin ilk sırasında iqlim dəyişiklikləri məsələsi dayanır

Əziz Əzizli
Mübariz Qurbanlı: Hazırda dünya problemlərinin ilk sırasında iqlim dəyişiklikləri məsələsi dayanır

COP29 kimi önəmli tədbiri siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır.

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı informasiya təhdidlərinin arxasında duran əsas məqsəd ölkənin inkişafını ləngitməkdir: “Bu məsələni Prezident İlham Əliyev də çıxışında vurğulayıb. Hazırda dünya problemlərinin ilk sırasında iqlim dəyişiklikləri məsələsi dayanır. Bəşəriyyətin ən böyük təhdidlərindən biri də məhz budur. Ona görə də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda hazırlanan təqdimat müxtəlif dillərdə hazırlanmalı, yayımlanmalıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər