Menyu

Fiziki şəxs necə VÖEN aça bilər?

Nərmin Qocamanlı
Fiziki şəxs necə VÖEN aça bilər?

VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir. Bəs fiziki şəxs necə VÖEN aça bilər?

Dövlət Vergi Xİdmətindən “Operativ Media”ya bildirilib ki, fiziki şəxs "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər.

Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində, habelə KOB evlərində həyata keçirilir.

Fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin "Elektron xidmətlər" bölməsindən "Fərdi sahibkarların onlayn qeydiyyatı" adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin elektron gücləndirilmiş imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə barədə təlimatdan əldə etmək mümkündür.

“ASAN xidmət” mərkəzlərində VÖEN açmaq üçün hansı sənədlər tələb olunur?

Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;   

Fiziki şəxs VÖEN açarkən Dövlət rüsumu tələb olunur?

“Fiziki şəxsin vergi uçotuna alınması dövlət rüsumundan azaddır.

VÖEN nə qədər müddətə təsdiq edilir?

Fiziki şəxs üçün prosesin icra müddəti 1 gündür.

Sonda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim edilir.

Teqlər:

"Fiziki \u015f\u0259xs nec\u0259 V\u00d6EN a\u00e7a bil\u0259r?"

Əlaqəli Xəbərlər