http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Neftin qiyməti niyə artır?

18 Yanvar 2023 , 15:06
Neftin qiyməti niyə artır?

Çindən gələn xəbərlər qara qızılın qiymətinin ağ günə çıxmasını səbəb olur. Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,83 % bahalaşaraq 1 bareli 86,64 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,92 % artaraq 1 bareli 81,21 ABŞ dolları təşkil edib.

Neftin qiyməti niyə artır?


Ekspertlər belə düşünür ki, neft qiymıətlərinin yüksəlişinin əsas səbəbi Çinin pozitiv makroiqtisadi məlumatları ilə əlaqədardır. Çünki koronavirusla bağlı məhdidiyyətlər yumşaldılır.


“Mizuho” analitik enerji mənbələri mərkəzinin rəhbəri Bob Yauqer fikrini belə izah edir:
“Çinin ümumi daxili məhsulu 2022-ci ildə 3% artıb. Çin dekabrda COVID siyasətini ləğv etdikdən sonra məlumatlar analitiklərin proqnozlarını yenə də üstələdi. Çinin neft emalı zavodunun dekabrdakı gündəlik göstəriciləri 2022-ci ilin ikinci ən yüksək səviyyəsinə yüksəldi”.


Hal-hazırda qiymət nə qədər artıb?


2023-cü ilin 3 yanvarından bəri ilk dəfə Brent markalı neftinq qiyməti 86 dolları üstələyib. Neft satan şirkətlər və bazarı araşdıran mütəxəsislər Çin iqtisadiyyatının canlanmas ilə neftə olan təlabatın artıracağını düşünür. Bildirilir ki, bu hədd 100 dollar və daha artıq ola bilər.  “Goldman Sachs Group İNC”in analitiki Ceffri Kerri isə göstərilən qiymətdən daha çox artım görür. “Neftin qiymətlərinin göstəricisi yanvarın axırları Çin iqtisadiyyatının böyümə rəqəmlərindən asılı olacaq. Əgər Çin və digər Asiya ölkələri karantin qaydalarını tamamilə aradan götürsə, hər şey əvvəlki axarına qayıdarsa, Brent neftinin qiyməti 2023-cü ilin üçüncü rübündə 110 dollar/barelə çatacaq”.


Çin iqtisadiyyatı üçün artım proqnozu necədir?


Çinə xam neftin idxalı dekabrda 4%-dək artıb, çində nəqliyyat yanacağına tələbat da artacaq. Çünki bu bazar Çin ay təqviminə görə yeni ilin qarşılanması təqdbiləri keçiriləcək. Bu tədbilər zamanı turist axınları, ölkədaxili nəqliyyatın daha intensiv hərəkəti yanacağa tələbi artıracaq.


Çin iqtisadiyyatı üzrə tanınmış ekspert Esvar Prasad yaxın gələcək üçün hərəkətlilikdən danışır:
“Çin iqtisadiyyatı həlledici nöqtədədir. Uzun sürən Covid qadağalarının ləğvi və iqtisadi siyasətin  qəfil dəyişməsi Çin standartlarına görə ən azı orta artımın yenidən canlanmasına yol açır”

Samir Cabbarov - Operativ Media.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu