Menyu

SOMDA-nın hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq

Əsəd Abbaslı
SOMDA-nın hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq
1 dəq oxu

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları hazırlanacaq.

"Operativ Media"nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Əlaqəli Xəbərlər