Menyu

Bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, çaylardan sel keçəcək

Əsəd Abbaslı
Bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, çaylardan sel keçəcək
1 dəq oxu

Azərbaycanın rayonlarında oktyabrın 23-də Lənkəran-Astara bölgəsində fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Əlaqəli Xəbərlər