Bəzi ərazilərə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
Əsəd Abbaslı
Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.
Bu barədə "Operativ Media"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Saat 22:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərə isə qar yağır. Yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.
Qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.
Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net