Menyu

Hacıqabulda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Hacıqabulda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb. 

Faktla bağlı araşdırmalar aparılır.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər