http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov qış təlim-məşq toplanışı haqqında danışıb

18 Yanvar 2023 , 18:57
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov qış təlim-məşq toplanışı haqqında danışıb

"Turan Tovuz"un baş məşqçi Ayxan Abbasov qış təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, Ayxan Abbasov ümumi qış təlim məşq toplanışından razı qalıb. O, jurnalistlərlə görüşdə bunları deyib:

“Yanvarın 3-dən etibarən Bakıda toplanışa start verdik. 3 gün burada hazırlıq keçdik. Uzun müddət idi evlərinə gedə bilməyən legionerlərimiz Bakıdakı toplanışına qatılmamışdılar. İstədik ki, ailələri ilə müəyyən vaxt keçirmələrinə imkan yaradaq. Amma hamısına xüsusi proqram verilmişdi. İstirahət müddəti də az oldu. Antalyada üç məşqdən sonra “Petrolul”la ilk yoxlama oyunumza çıxdıq. Ağır oyun oldu. Çalışdıq ki, futbolçuların hamısı meydançada olsun. Ağır məşqlərdən sonra belə çətin oyuna çıxmaq fiziki keyfiyyətlərin artmasına müsbət təsir etməlidir. Bu oyundan sonra məşqlərimizə davam etdik. Daha iki yoxlama oyunu keçirdik, hər ikisində qələbə qazandıq. Qələbədən daha vacib futbolçuların bu oyunlardakı əzmkarlıqları bizi qane etdi. Bəzi oyunlarda heyətdə dəyişikliklər etdik, taktiki gedişləri sınadıq. Ümumilikdə toplanış yaxşı keçdi. Siyanda Xulunun heyətə qayıtmasını qeyd etmək istərdim. Zədəsini tam sağaldıb və tam hazırdır. Henri Okebuqvu ağır zədədən sonra məşqlərə başladı, son oyunlarda da iştirak etdi. Cavid Tağıyevin xəstələnməsi daha sonra isə kiçik zədə alması bizi üzdü. Hazırlıq proqramını istədiyimiz kimi baş çatdırdıq. Bu gün son bərpa məşqimizi keçdikdən sonra axşam saatlarına vətənə dönəcəyik. Gələn həftə bizi “Qarabağ”la çox ağır oyun gözləyir. Çempionatda xal fərqi o qədərə də böyük deyil. Təqvim çox ağrdır. Bütün komandalar üçün hər xal vacibdir. Ümid edirəm ki, burada keçdiyimiz təlim-məşq toplanışının müsbət nəticəsini çempionat oyunlarında görə biləcəyik”.

OXŞAR XƏBƏRLƏR
Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar

Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

XƏBƏR LENTİ
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
Menyu