Azərbaycan DB ilə COP29 çərçivəsində görüləcək işləri müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan DB ilə COP29 çərçivəsində görüləcək işləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru xanım Anna Byerde ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri öz "X" hesabında paylaşım edib.

"Görüş zamanı ölkəmizin Dünya Bankı ilə əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və DB-nin bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi apardıq", - sədr qeyd edib.

Digər xəbərlər