Azərbaycanda nə qədər avtomobil var?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 37390 avtomobil idxal olunub. Ötən il Azərbaycanda avtomobillərin sayı isə 1501957 təşkil edib. Eyni zamanda statistikalar göstərir ki, son 5 ildə avtomobillərin sayında 330 min çox artım müşahidə edilib.
“Operativ Media” Azərbaycanda olan avtomobillərin markalarını və sayını təqdim edir. (Cədvəldə ilk onluq)
|
1 |
“Mercedes” |
216.843 (ədəd) |
|
2 |
Vaz-2101, 03-06 |
199.311 (ədəd) |
|
3 |
Vaz-2105, 2107 |
126.551(ədəd) |
|
4 |
"Hyundai" |
126.056 (ədəd) |
|
5 |
"Toyota" |
104.605 (ədəd) |
|
6 |
"KIA" |
84.258 (ədəd) |
|
7 |
"Opel" |
71.955 (ədəd) |
|
8 |
"Chevrolet" |
47.878 (ədəd) |
|
9 |
"Nissan" |
44.485 (ədəd) |
|
10 |
"BMW" |
40.571 |
ABŞ istehsalı “Tesla” elektromobillərinin sayı ötən il sayı 244 olub. DSK-nin məlumatına əsasən, Azərbaycanda 66 ədəd “Rolls Roys”, 356 ədəd “Bentley”, 202 ədəd “Lincoln”, 267 ədəd “Alfa Romeo” var.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev 2024-cü ildə avtomobil bazarında ən çox satılan markalara aydınlıq gətirib:
“Son bir ildə elektrik və hibrid avtomobillərinə tələbin sürətlə artması müşahidə olunur. Bu avtomobillərə maraq kəskin artıb. Hazırda bazarda bu avtomobillərə daha çox tələbat var. Elektrik və hibrid avtomobilləri isə əsasən Çin istehsalı olur. Hazırda avtomobil bazarında ən çox satılan maşınlar Çin və Yaponiya markalarına aiddir. Çin avtomobilləri ölkəmizdə bu bazarı zəbt edib. İndiki dövr üçün deyə bilərik ki, bazarda ən çox satılan avtomobillər sırasında "Toyota", "Changan” və “Hyundai” markalarını qeyd etmək olar .
Eyyub Əliyev utilizasiyası prosesinin başlanması ilə yeni avtomobillərə təlabatın artırdığını bildirib:
“Ölkəmizdə könhə avtomobillərin utilizasiyası ilə bağlı prosesə başlanıb. Proqrama əsasən istismarda olan və olmayan köhnə avtomobilin utilizasiyaya verilməsi üçün 1500 manat vauçer təqdim edilir. Utilizasiya könüllülük prinsipi əsasında və əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunur. Ölkəmizdə olan avtomobillərin 8 faizindən çoxunun yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm də ekologiyamıza ziyandır. Ona görə belə köhnə avtomobillər yığışdırılır. Vətəndaş da artıq köhnə avtomobil alıb, daha sonra, problem yaşamaqdan bezib. İkinci əl kimi ölkəyə gətirilən avtomobillərdə xeyli problemlər yaşanır. Beləliklə vətəndaş yeni avtomobil almağa başlayıb.
E. Əliyev bazarda hər təbəqəyə uyğun qiymətə avtomobil tapmağın mümkün olduğunu qeyd edib.
“Qiymətlərə gəldikdə isə bu gün bazarda müxtəlif məbləğlərdə avtomobil tapmaq mümükündür. Bu qiymətlər 20000 manatdan başlayır. Əhalinin hər təbəqəsinə uyğun bazarda avtomobil mövcuddur. Daxili yanma mühərrikli avtomobillərində kredit şərtlərinə diqqət yetirmək mütləqdir.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru bildirib ki, avtomobili rəsmi idxalçıdan almaq daha məqsədəuyğundur:
“Avtomobili ikinci bir şəxsin əli ilə sifariş verib, gətirmək düzgün deyil. Bu zaman müxtəlif mübahisəli hadisələr yaranır. İlk olaraq elektrik avtomobillərindən başlayaq. Ümumiyyətlə elektrik avtomobillərinin satışı zamanı sürücüyə təlimat verilməlidir. Bu avtomobilin istifadə qaydası, onun necə şarj edilməsi ilə bağlı heç bir məlumat verilmir. Eyni zamanda bu maşınların müxtəlif təhlükəsizlik qaydaları var.
Vətəndaş elanlardan gördüyü avtomobili alır. Bir müddət sonra avtomobildə problem yaranır. Bu zaman isə rəsmi dilerə üz tuturlar. Rəsmi dilerlər bacardığı qədər avtomobil sahibinə köməklik göstərir. Amma kənardan avtomobil alındığı zaman hər zaman mübahisəli məqam yaranır. Ona görədə avtomobili rəsmi idxalçıdan almaq daha məsləhətlidir"
Son olaraq qeyd edək ki, 2024-cü il 8 ayı ərzində mühərrikinin həcmi görə ölkəyə idxal olunan avtomobillərin statistikası aşağıdakı kimidir:
|
Minik avtomobilləri, mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, qığılcımla alışan DYM-li |
721 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 1000-1500 kub sm olan, qığılcımla alışan DYM-li |
7728 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, qığılcımla alışan DYM-li |
15356 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, qığılcımla alışan DYM-li |
561 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, sıxılmaqdan alışan DYM-li (dizel) |
180 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 1500-2500 kub sm olan, sıxılmaqdan alışan DYM-li (dizel) |
12189 |
ədəd |
|
Minik avtomobilləri, mühərrikinin həcmi 2500 kub sm-dən çox olan, sıxılmaqdan alışan DYM-li (dizel) |
655 |
ədəd |