Binəqədidə yol qəzası nəticəsində 2 nəfər ölüb
Əziz Əzizli
Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. “Opel”dəki iki nəfər – 39 yaşlı Əyyubov Afər Mirzəxan oğlu və onun yaşıdı Məmmədov Cavid Mahir oğlu hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net