Menyu

ADY: Bakıda qəfildən elektrovozun qarşısına çıxan iki nəfər həyatını itirib

Nərmin Qocamanlı
ADY: Bakıda qəfildən elektrovozun qarşısına çıxan iki nəfər həyatını itirib

Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb.

"Operativ Media" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - məlumatda qeyd olunub.

Allah rəhmət eləsin!

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər