30 Oktyabr 2024, 14:37
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin rəhbərliyinə yeni vəzifə təyin edilib.
"Operativ Media" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil müdiri vəzifəsində çalışıb.
Mərkəzi Aran Regional Təhsilnə rəhbərlik vəzifəsinin icrası idarənin rəhbəri Cavadov Cavad Əli oğlu həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Anar Qədiməliyevə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil müdiri vəzifəsində çalışıb.