Menyu

ABŞ Argentinaya F-16 təyyarələrinin avadanlıqlarının satışını təsdiqləyib

Əziz Əzizli
ABŞ Argentinaya F-16 təyyarələrinin avadanlıqlarının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Argentinaya F-16 təyyarələrinin avadanlıqlarının, o cümlədən orta məsafəli “hava-hava” raketlərinin satışına icazə verib.

"Operativ Media"nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Məlumata görə, Cənubi Amerika ölkəsinin rəhbərliyi 24 təyyarə üçün avadanlıq alınmasını xahiş edib. Mümkün müqavilə 36 ədəd “AIM-120C-8 Advanced Medium Range Air-to-Air Missiles” (AMRAAM) raketini, 102 ədəd 500 funt-luq MK-82 bombalarını və digər silah və texniki avadanlıqları əhatə edəcək. Ümumi paket dəyərinin 941 milyon dollar olacağı qeyd edilir.

Məlumatlara görə, əsas podratçı “Lockheed Martin” şirkəti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər