Menyu

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Əziz Əzizli
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

***

16:37

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər