Menyu

Xırdalanda baş vermiş yanğının təfərrüatları açıqlanıb

Əsəd Abbaslı
Xırdalanda baş vermiş yanğının təfərrüatları açıqlanıb

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də yerləşən 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.

"Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək", - DYMX əməkdaşı bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər