Menyu

İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Əziz Əzizli
İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Operativ Media" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

***

09:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Teqlər:

"\u0130lham \u018fliyev Bak\u0131 D\u0259miryol Va\u011fzal\u0131 v\u0259 metronun \u201c28 May\u201d stansiyas\u0131n\u0131n qar\u015f\u0131s\u0131nda yarad\u0131lan \u015f\u0259raitl\u0259 tan\u0131\u015f olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər