Menyu

Ötən ay ANAMA azad olunmuş ərazilərdə 1000-dən çox minanı zərərsizləşdirib

Əziz Əzizli
Ötən ay ANAMA azad olunmuş ərazilərdə 1000-dən çox minanı zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 5657.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Teqlər:

"\u00d6t\u0259n ay ANAMA azad olunmu\u015f \u0259razil\u0259rd\u0259 1000-d\u0259n \u00e7ox minan\u0131 z\u0259r\u0259rsizl\u0259\u015fdirib"

Əlaqəli Xəbərlər