COP29 zamanı nəqliyyatın hərəkəti üçün tam açıq olacaq küçələr açıqlanıb
Əsəd Abbaslı
COP 29 günlərində Bakıda bir sıra küçələr nəqliyyatın hərəkətinə tam açıq olacaq.
"Operativ Media" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.
"Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində müvəqqəti məhdudlaşma olacaq", - N.Piriyev əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net