02 Noyabr 2024, 16:53
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib şəkil
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib

Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir: 

"Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb