Ana səhifə / Dünya / KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib 02.11.2024, 22:42 İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib. "Operativ Media" xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb. Ynet portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı İmad Amhaz ələ keçirilib. “The Times of Israel”in yazdığına görə, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub. Teqlər: "K\u0130V: \u0130srail \u201cHizbullah\u201d komandirini \u0259l\u0259 ke\u00e7irib"