Menyu

Mingəçevirdə mikroavtobus və minik avtomobili toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Əsəd Abbaslı
Mingəçevirdə mikroavtobus və minik avtomobili toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Mingəçevirdəki qəzada xəsarət alan azyaşlı ölüb.

"Operativ Media" xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.

17:42

Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, şəhər ərazisində “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Mercedes Viano”nun sürücüsü Elgiz İsmayılov, sərnişinləri - 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev, eləcə də sonuncunun azyaşlı oğlu xəsarət alıblar.

Qəzada Habil Həbliyevin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər