Menyu

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
1 dəq oxu

Noyabrın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər