Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Əziz Əzizli
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ( DİN) məlumat yayıb.
Bildirilib ki, noyabrın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 150 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net