Menyu

Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Əziz Əzizli
Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Polis əməkdaşları Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan iki nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb:

"O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər