Menyu

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Əziz Əzizli
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
1 dəq oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

"Operativ Media"nın məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

 3. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 4. Babək prospekti, mərkəz istiqamətində;

 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Əlaqəli Xəbərlər