Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Nərmin Qocamanlı
8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BDYPİ-dən "Operativ Media"ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma