Menyu

Azərbaycan və Qazaxıstan energetika nazirləri “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasını müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və Qazaxıstan energetika nazirləri “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasını müzakirə edib
1 dəq oxu

İtaliyada Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X" də paylaşım edib.

Görüşdə, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, yaşıl enerji sahəsində üçtərəfli strateji tərəfdaşlığa dair Sazişin imzalanması, eləcə də COP29 çərçivəsində keçiriləcək tədbirlər və nüvə enerjisi sahəsində təcrübə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər