TDT-nin növbəti sammiti Azərbaycanda keçiriləcək
Əsəd Abbaslı
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti Azərbaycanda keçiriləcək.
"OPerativ Media" xəbər verir ki, bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Beləliklə, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasın sonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsini imzalayıblar.
TDT ölkələri, həmçinin, gələn il Macarıstanda təşkilatın qeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net