Menyu

Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb

Əziz Əzizli
Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb

Yardımlı rayonunda mağazalardan 4500 manat dəyərində oğurluq edən şəxs saxlanılıb.

"Operativ Media" xəbər verir ki,  Yardımlı şəhəri ərazisində yerləşən bir market və bir geyim mağazasından gecə saatlarında ümumilikdə 4500 manat dəyərində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Yard\u0131ml\u0131da ma\u011fazalardan 4500 manatl\u0131q o\u011furluq ed\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər