Menyu

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq

Əziz Əzizli
Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər