Menyu

Bloomberg: Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına 64 milyard dollar qazandırıb

Nərmin Qocamanlı
Bloomberg: Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına 64 milyard dollar qazandırıb

Dünyanın ən zəngin 10 adamının sərvəti ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə - 63,5 milyard dollar artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .

Agentliyin məlumatına görə, bu, 2012-ci ildən bu yana ən böyük gündəlik artım olub.

İlon Maskın var-dövləti Trampın qalib gəlməsindən sonra 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. "Amazon" un qurucusu Ceff Bezosun sərvəti bir gündə 3,2% (7,14 milyard dollar) artıb. "Oracle" korporasiyasının rəhbəri Lari Ellisonun sərvəti isə 5,4% (9,88 milyard dollar) artıb.

Bloomberg yazır ki, milyarderlərin var-dövlətinin kəskin artmasının səbəbi ABŞ şirkətlərinin səhmlərinin qiymətində müşahidə olunan sıçrayışdır. Bu artım, Trampın Ağ Evə gəlməsinin vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yumşaldılmasına kömək edəcəyinə dair gözləntilərdən qaynaqlanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər