COP29 iştirakçıları Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək
Əziz Əzizli
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.
ADY-dən "Operativ Media"ya verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma