Sabirabad və Göyçayda yaşayış evində yanğın baş verib
Əsəd Abbaslı
Sabirabadda və Göyçayda fərqli yaşayış evlərində yanğın baş verib.
Bu barədə "Operativ Media"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunun Bığır kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net