Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub
Əsəd Abbaslı
8 Noyabr - Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayında, Zabitlər parkında, Fəvvarələr Meydanında və Koroğlu parkında Müdafiə Nazirliyinin hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub, eləcə də hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
"Operativ Media" xəbər verir ki, hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb, vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, bu gün səhər 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net