09 Noyabr 2024, 10:00
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 18 mlrd. manata yaxınlaşıb
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 976 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manatdan, yaxud 11 faizdən çoxdur.
Bu barədə “Operativ Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, cari ilin noyabrın 1-nə qədər ölkə ərazisində 102.205 ədəd yeni nəsil NKA quraşdırılıb.