Daxili İşlər Nazirliyi Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
"Operativ Media" xəbər verir ki, “X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı növbəti dezinformasiya yayılıb.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - deyə DİN-dən bildirilib.






