http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

COP29 çərçivəsində “Yer Məlumat Günü 2024” mövzusunda plenar sessiya keçirilib

11 Noyabr 2024 , 13:47
COP29 çərçivəsində “Yer Məlumat Günü 2024” mövzusunda plenar sessiya keçirilib

COP 29 çərçivəsində “Yer Məlumat Günü 2024” mövzusunda plenar sessiya keçirilib.

"Operativ Media" xəbər verir ki, plenar sessiyada çıxış edən İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Sir Jim Skea deyib ki, iqlim dəyişikliyi ilə əlaqədar hesabat hazırlayırlar və hesabat 2025-ci ildə təqdim olunacaq.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Celeste Saulo bu gün bəşəriyyətin üzləşdiyi iqlim dəyişikliyi ilə bağlı problemləri müzakirə etmək üçün toplaşdıqlarını söyləyib:

“Məqsədimiz temperaturun artmasının 1,5 dərəcə ilə məhdudlaşdırılması istiqamətində fəaliyyət göstərməkdir. Bu baxımdan siyasi xadimlərin və beynəlxalq təşkilatların üzərinə böyük vəzifə düşür. Sağlam gələcəyin qurulması üçün COP29-un ilk günü iqlim dəyişikliyi ilə bağlı araşdırmalara maliyyə ayrılmasına diqqət yetirilməsi önəmlidir”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin (UNFCCC ISCP) direktoru Cecilia Kinuthia-Njenga qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə sahəsində boşluqlar var:

“Bu sahədə yerli hökumətlərlə əməkdaşlığa böyük ehtiyac var. Bu sahədə səylər davam etdirilməlidir”.

Yer Üzərində Müşahidələr Qrupu (GEO) Katibliyin direktoru Yana Gevorgyan iqlim dəyişikliyi problemi ilə mübarizədə yalnız birlikdə fərq yaradıla, nəticə əldə edilə biləcəyini vurğulayıb.

Maldiv Respublikası İqlim Dəyişikliyi, Ətraf Mühit və Enerji Nazirliyinin direktor köməkçisi, UNFCCC Texnologiya İcraiyyə Komitəsinin üzvü Thibyan İbrahim “Yerin müşahidəsində innovasiyaların, qabaqcıl texnologiyaların və risklə bağlı məlumatlı iqlim fəaliyyətinin rolu” mövzusunda çıxış edib:

“Bizim ada dövlətləri iqlim dəyişikliyinin təsirinə daha çox məruz qalır. Bu baxımdan biz innovasiyaların, texnologiyaların imkanlarından araşdırma və müşahidə üçün daha çox istifadə edə bilərik”.

Thibyan İbrahim iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılması zəruri addımlardan söz açıb. Bu sırada risklərlə əlaqədar erkən xəbərdarlıq sistemi texnologiyalarının önəmini vurğulayıb, çoxsahəli texnoloji həllərə sərmayə qoyulmasını, beynəlxalq təşəbbüslərdən və dövlət-özəl tərəfdaşlığından istifadəni, yerli maraqlı tərəflərin cəlb edilməsini təşviq etmək üçün texnoloji layihələri dəstəkləməyi, inkişaf etməkdə olan ölkələrdə maraqlı tərəflərin texniki potensialının yaradılmasını, qlobal elmi ekspertlər və innovatorlar cəmiyyətindən istifadəni vacib sayıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir

Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

Saxta diplom təqdim edən 9 nəfərə verilmiş şəhadətnamə ləğv edilib

Saxta diplom təqdim edən 9 nəfərə verilmiş şəhadətnamə ləğv edilib

XƏBƏR LENTİ
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
  • 20:00

    Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
Menyu