Energetika naziri Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

admin
Energetika naziri Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov  Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

"COP29-da iştirak məqsədilə Azərbaycanda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin YaşılEnerjiKeçidi istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi apardıq. YaşılEnerji dəhlizləri, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlığı imkanlarını dəyərləndirdik. AİB, Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır",- deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər