12.Noyabr.2024, 10:13
Dünya bazarlarında neft ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,32% azalaraq 1 barelə görə 71,6 ABŞ dolları təşkil edib.
"Operativ Media”nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,37% azalaraq 1 barelə görə 67,79 ABŞ dolları olub.