Ana səhifə / İdman / İngiltərə millisinin 8 futbolçusu heyətdən çıxarıldı İngiltərə millisinin 8 futbolçusu heyətdən çıxarıldı 12.11.2024, 11:06 Əziz Əzizli İngiltərə millisi UEFA Millətlər Liqasında Yunanıstan və İrlandiya ilə qarşılaşacaq. "Operativ Media" xəbər verir ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv görüşlərə ciddi itkilərlə çıxacaq. İngiltərə millisində qapıçı Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Livay Koluill, yarımmüdafiəçi Fil Foden, Deklan Rays, hücumçular Koul Palmer, Cek Qriliş və Bukayo Saka zədə səbəbindən düşərgəni tərk edib. İngiltərə yığması noyabrın 14-də Yunanıstan, 17-də isə İrlandiya ilə qarşılaşacaq. Teqlər: "\u0130ngilt\u0259r\u0259 millisinin 8 futbol\u00e7usu hey\u0259td\u0259n \u00e7\u0131xar\u0131ld\u0131"